Bihterlə Behlül yenidən  bir yerdə   - İkinci şans verdilər
17 noyabr 2023 15:53 (UTC +04:00)

Bihterlə Behlül yenidən bir yerdə - İkinci şans verdilər

“Netflix” platformasında yayımlanacaq “İstanbul üçün son çağırı” filminin ilk fraqmanları yayımlanıb.

Lent.az-ın xəbərinə görə, baş rollarda Kıvanc Tatlıtuğ və Beren Saatın oynadığı filmi izləyicilər böyük həyəcanla gözləyir.

10 il öncə “Aşkı memnu” serialındakı yasaq sevgiləri ilə çox sevilmiş Behlül və Bihter rollarının ifaçılarının yenidən bir araya gəlməsi izləyiciləri sevindirib.

Filmin əsas mövzusu Amerika, sevgi, nakam eşq yaşamış insanların özlərinə ikinci şans vermək cəhdi barədədir. Kıvanc və Beren bu dəfə Serin və Mehmet rollarına bürünəcəklər.

Film noyabrın 24-də yayımlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6339
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar