Yekatrina Qradova bu gün 75 yaşında dünyasını dəyişib.
Lent.az Rusiya mətbuatına istinadla xəbər verir ki, aktrisanın ölüm səbəbi hələ bəlli deyil.
Yekatrina Qradova Rusiya Federasiyasının əməkdar artistidir, teatr aktrisasıdır. Böyük tamaşaçı kütləsi onu daha çox “Baharın on yeddi anı” çoxseriyalı bədii filmindən Ket obrazı ilə tanıyır.
Onu da qeyd edək ki, aktrisa aktyor Andrey Mironovun birinci həyat yoldaşı olub, bir övladları var.