Gənc Tamaşaçılar Teatrının qocaman aktyoru Rəzzaq Məmmədov uzun sürən xəstəlikdən sonra vəfat edib.
Bu barədə Lent.az-a teatrdan məlumat verilib.
Rəzzaq Məmmədov 75 yaşında dünyasını dəyişib
Rəzzaq Qüdrət oğlu Məmmədov Lənkəran rayonunun Liman qəsəbəsində anadan olub. M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1971-1978). Orta məktəbi bitirdikdən sonra H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında fəaliyyətə başlayıb. 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Tədris Teatrında aktyor vəzifəsinə işə qəbul edilib. 1989-cu ildən Dövlət Gənclər Teatrında çalışıb. 2009-cu ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur.
Aktyor "Altı nömrəli palata”, “Anamın kitabı”, “Bala-başa bəla!”, “Ömürdən uzun gecə”
”Fatehlərin divanı” kimi teletamaşalarda rol oynayıb.