"Azərbaycanı  mədəniyyətsiz ölkəyə   çevirmək siyasəti gedir" - Sabir Rüstəmxanlı
28 fevral 2023 19:04 (UTC +04:00)

"Azərbaycanı mədəniyyətsiz ölkəyə çevirmək siyasəti gedir" - Sabir Rüstəmxanlı

“Keçmiş mədəniyyət nazirinin vaxtında ölkədəki kitabxana və mədəniyyət müəssisələrinin yarısı ixtisar olundu. Azərbaycanı sanki mədəniyyətsiz ölkəyə çevirmək siyasəti gedir. Bu nə deməkdir?! Bu gün ölkənin bir çox kəndlərində mədəniyyət evləri və klublar yoxdur, hamısı ləğv olunub. Qalan mədəniyyət evləri də boşdur”. 

Lent.az-ın xəbərinə görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında “Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı deyib.

“Uduzan Azərbaycan mədəniyyətidir. Sovet illərində ən ucqar kənddə mədəniyyət  evi var idi, kitabxanalara kitab göndərilirdi. İndi heç rayon mərkəzinə belə kitab göndərilmir”, - o bildirib. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2103
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar