“Avatar: Suyun Yolu” filmi dünya üzrə rekord gəlir əldə edib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, filmin 1,5 milyard dollardan çox gəliri olub.
Avatarın ikinci hissəsi "Top Gun: Maverick"i keçərək 2022-ci ilin ən çox gəlir gətirən filmi olub. Film bütün zamanların ən çox gəlir gətirən filmləri arasında onuncu yerdədir.
Dekabrın sonunda bildirilirdi ki, "Avatar: Su Yolu" premyerasından cəmi iki həftə sonra rəsmi olaraq 1 milyard dollarlıq gəlir həddini keçib.