Arif Quliyevin məzarının üstü imkansızlıqdan götürülə bilmir - NAZİRLİKDƏN AÇIQLAMA
24 iyun 2021 18:03 (UTC +04:00)

Arif Quliyevin məzarının üstü imkansızlıqdan götürülə bilmir - NAZİRLİKDƏN AÇIQLAMA

Bir neçə gün əvvəl xalq artisti Arif Quliyevin məzar daşının hələ də hazırlanmaması barədə yerli mediada və sosial şəbəkələrdə məlumat yayılmışdı.

Lent.az xatırladır ki, bununla bağlı sənətçinin həmkarı Natiq Fərzəliyev bildirmişdi ki, buna səbəb ailəsinin maddi imkanının yaxşı olmamasıdır. Müzakirələrdən sonra isə Mədəniyyət Nazirliyindən bununla bağlı dəstək istənilməsi qeyd edilmişdi.

Mövzu ilə bağlı sorğumuza cavab olaraq Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Respublikasının Xalq artisti, unudulmaz  aktyor Arif Quliyev Azərbaycan teatrına və kino sənətinə böyük töhfələr verib:

"Onun istər kinoda, istər teatr səhnəsində yaratdığı bir-birindən maraqlı obrazlar tamaşaçılarının xatirəsində əbədi yaşayacaqdır. 

Qeyd etmək istəyirik ki, Arif Quliyevin Azərbaycan mədəniyyətinə xidmətləri dövlət tərəfindən, o cümlədən Mədəniyyət Nazirliyi tərəfindən hər zaman qiymətləndirilib, diqqət və qayğı göstərilib. Bunun nəticəsidir ki, 1993-cu ildə o, Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb, 2007-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub.

Məzar daşı məsələsinə gəldikdə isə bildiririk ki, Mədəniyyət Nazirliyinin büdcəsində bu istiqamətdə vəsait nəzərdə tutulmayıb".

Xatırladaq ki, Xalq artisti Arif Quliyev may ayının 7-də vəfat edib və Qaradağ rayonu “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9751

Oxşar yazılar

Şair Məmməd İsmayıl vəfat etdi

Şair Məmməd İsmayıl vəfat etdi

19 avqust 2025 , 16:29
Kefinizi açacaq 6 komediya serialı

Kefinizi açacaq 6 komediya serialı

19 avqust 2025 , 13:57
"Avroviziya"nın  loqosu yeniləndi

"Avroviziya"nın loqosu yeniləndi

19 avqust 2025 , 09:37
Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

17 avqust 2025 , 13:34
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

17 avqust 2025 , 12:01
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

16 avqust 2025 , 19:19
Tanınmış yazıçı vəfat etdi

Tanınmış yazıçı vəfat etdi

14 avqust 2025 , 18:29
Prezidentdən Afaq Bəşirqızı ilə bağlı SƏRƏNCAM

Prezidentdən Afaq Bəşirqızı ilə bağlı SƏRƏNCAM

14 avqust 2025 , 13:15