Anasını öldürməkdə təqsirli bilinən "Qremmi" mükafatı alan məşhur nağara ifaçısı Cim Qordon dünyasını dəyişib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 78 yaşlı musiqiçi Kaliforniya ştatının tibb müəssisəsində ölüb. Onun ölüm səbəbi uzun həbs müddətində ruhi xəstəliyidir.
Məlumatlara görə, Cim qətl hadisəsindən sonra ruhi xəstəliyə tutulub və ömrünün sonuna kimi əməlinə görə əzab çəkib.
Cim Qordon həmkarı Erik Klaptonla birlikdə ifa etdiyi "Layla" mahnısına "Qremmi" mükafatına layiq görülüb.
Xatırladaq ki, 1970-ci illərdə onun psixi problemləri yaranmağa başlayıb və sevgilisi, müğənni Rita Kulidci döyüb. 1983-cü ildə isə o, 72 yaşlı anasına çəkiclə hücum edəndən sonra qadını bıçaqlayaraq öldürüb. Qordonun sözlərinə görə, beynindəki səslər ona anasını öldürməyi əmr edib.