Aktyorun evi partladı, reanimasiyadadır
22 fevral 2021 17:16 (UTC +04:00)

Aktyorun evi partladı, reanimasiyadadır

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Cavid Telmanın evində  partlayış olub.  

Lent.az-ın məlumatına görə, aktyor aldığı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Cavid Telmanın vəziyyətinin ağır olduğu bildirilir. O, 5 saylı Şəhər Klinik Xəstəxanasının yanıq şöbəsinin reanimasiyasındadır.

Aktyorun çalışdığı Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə məlumatı təsdiqləyib. Onun dediyinə görə, ilkin məlumatda partlayışın qaz sızması nəticəsində baş verdiyi deyilib.

Ailə üzvlərindən xəsarət alan yoxdur.  

# 3033
avatar

Oxşar yazılar