Xalq artisti Nəzakət Teymurova koronavirusa (Covid-19) yoluxub.
Bu barədə APA-ya müğənninin ailəsindən məlumat verilib.
N. Teymurova bu gün səhər xəstəxanaya yerləşdirilib, vəziyyyətinin orta ağır olduğu qeyd edilib.
***
saat 14.25
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Respublikasının Xalq artisti, Prezident mükafatçısı Nəzakət Xosrov qızı Teymurova yeni növ koronavirusa (COVİD-19) yoluxub.
APA-nın məlumatına görə, bu barədə teleaparıcı Nuran Hüseynov (Hacı Nuran) “Facebook” səhifəsində yazıb.
Xanəndə hazırda xəstəxanaya yerləşdirilib və vəziyyəti çox ağırdır.