Xalq artisti işlərini evdən idarə edir - "Yaxşı günlər hələ qabaqdadır"
09 aprel 2020 10:32 (UTC +04:00)

Xalq artisti işlərini evdən idarə edir - "Yaxşı günlər hələ qabaqdadır"

Lent.az karantin vaxtında evdə olan sənət adamlarının vəziyyəti, ovqatı, gördükləri işlərlə bağlı silsilə açıqlama, yaxud müsahibələr təqdim edir. Növbəti həmsöhbətimiz Xalq artisti, “Azərbaycantelefilm”in rəhbəri  Ramiz Həsənoğludur. O da bu günlər işlərini evdən idarə edir:

“Bəli, mən də evdən işləyirəm. Yaşıma görə evdən çıxmağa ixtiyarım yoxdur. Telefonla bir çox işləri planlaşdırır, qurur, istiqamət veririk. İmkan daxilində qruplarımız çalışır. İrəlidə görülən işlərlə məşğuluq. İnternet, kitablar olan yerdə mənim kimi sənət adamı darıxmaz”.

Xalq artisti deyir ki, evdə tək olmur: Qızlarımdan biri nəvələrlə yanımdadır. Heç darıxmağa qoymazlar. Onlardan imkan tapanda kitablara, internetə qapanıram. Darıxmıram”.

"Gələcək barədə optimistsiniz. Yoxsa pessimist" sualına Ramiz Həsənoğlu "optimistəm",  – deyib: “Pessimizm yaxşı hal deyil. Bu günlər keçəcək. İnşallah, yaxşı günlər də onun arxasınca gələcək, bunun üçün çalışacağıq. O günlərə qovuşmaq üçün gərək evdə oturub düşünək, keçənlərə nəzər salaq, hesabat verək, necə yaşamışıq, bundan sonrakı yaşam tərzimizi formalaşdıraq, planlar quraq. Yaxşı günlər hələ qabaqdadır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2791
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar