Visotskinin “Cənnət almaları” mahnısının ilkin versiyası tapılıb
12 yanvar 2020 14:22 (UTC +04:00)

Visotskinin “Cənnət almaları” mahnısının ilkin versiyası tapılıb

Rusiyanın görkəmli aktyor və bəstəkarı Vladimir Visotskinin erkən vaxtlarında bəstələdiyi “Cənnət almaları” mahnısının ilkin versiyası üzə çıxıb.

Səsyazma V.Visotski ilə dostluq edən Rusiyanın Xalq artisti İvan Bortnikin şəxsi arxivindən tapılıb.

İfaçının yaradıcılığını tədqiq edən Sergey Jiltsov bildirib ki, mahnı iki versiyada bəstələnib. Onun sözlərinə görə birinci versiya 1977-1978-ci illər arasında bəstələnib və “Deyirlər mən öləcəm...” sözlərilə başlayır.

Vladimir Visotski (1938-1980) 16 il teatrda çalışıb. O, 1959-cu ildən kinoda çəkilməyə başlayıb. “Qısa görüşlər”, “Təhlükəli qastrollar”, “Görüş yerini dəyişmək olmaz” filmlərində yaddaqalan obrazlar yaradıb. Kinematoqrafiya ilə onun poetik fəaliyyəti də sıx əlaqəli olub. V.Visotski kino üçün 130-dan çox mahnı bəstələyib.

(AZƏRTAC)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2729

Oxşar yazılar

Kefinizi açacaq 5  məzəli film   -  VİDEO

Kefinizi açacaq 5 məzəli film - VİDEO

17 iyul 2025 , 19:46
Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

17 iyul 2025 , 16:25
Özünüzü  tapmağa   kömək edəcək  6 film   -  VİDEO

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO

16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq  5 film   -  VİDEO

Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO

16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında  ağır yaralandı - FOTO

Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO

16 iyul 2025 , 11:25
Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51