Kukla Teatrının aktyoru Rəhman Rəhmanovun vəziyyəti kritikdir.
Lent.az məlumat verir ki, aktyor hazırda Bakı Sağlamlıq Mərkəzində həkim nəzarəti altındadır. Xəbəri aktyorun çalışdığı Kukla Teatrının baş rejissoru Qurban Məsimov təsdiqləyib. Deyib ki, aktyor reanimasiyadadır: “Diaqnoz qoyulub ki, on iki barmaq bağırsağın yolunu daş tutub. Əməliyyat olunmasa, qana zəhərlənmə verə bilər. Əməliyyat üçün isiə pul lazımdır.”