“Rus əsiri” adlı Rusiya tarixi serialının çəkilişləri başa çatıb.
Lent.az-a bu barədə Xalq artisti Pərvəz Məmmədrzayev məlumat verib.
Serialda Azərbaycan aktyorları - Xalq artisti Pərviz Məmmədrzayev və aktyor Kamran Ağabalayev çəkiliblər . Kamran Ağabalayev əsas rollardan biri olan Bəyazid Ağanı, Pərviz Məmmədrzayev isə qubernatoru oynayıblar.
Həmçinin serialın çəkilişlərində Azərbaycan kaskadyorları Sain Fərmanlı və Tural Xəlili də iştirak ediblər.
Tarixi ekran işində hadisələr Boris Qodunovun zamanında cərəyan edir və Osmanlı imperiyası ilə bağlanır.
Çəkilişlər Türkiyədə və Rusiyada aparılıb. Layihəni Rusiyanın birinci kanalı üçün “Mars Media” kinokompaniyası həyata keçirir. Rejissor İvan Şurxovetskiy, prodüsser Yelena Deniseviçdir. Baş rolda İlya Malakov çəkilib.
Aktyorun dediyinə görə, bu serial dünya kino sahəsində hadisə olacaq qədər layiqli işdir.