Kann Kinofestivalının "Qızıl palma budağı"nı Misirli rejissor qazanıb.
Lent.az kulis.az-a istinadla xəbər verir ki, o, bu mükafatı “Üzünü unutmaqdan qorxuram” qısametrajlı filminə görə alıb.
Xatırladaq ki, dünən Fransanın Kann şəhərində kinofestivalın rəmzi açılış mərasimi olmuş, 4 tammetrajlı ekran əsəri təqdim olunmuş və və qısametrajlı filmlər arasında müsabiqə keçirilmişdi.
Festivalın rəhbəri Pyer Leskür bildirmişdi ki, kinoforumun bu formatda keçirilməsi bütün kino sənətçilərinə dostluq və hörməti ifadə edir: “Burada bütün təhlükəsizlik tədbirləri görülüb. Dəvət olunanlara mütləq qoruyucu maskaların taxılması və sosial məsafənin qorunması zərurəti barədə məlumat verilib”.