Mədəniyyət nazirinin müşaviri işdən çıxarıldı
10 avqust 2020 15:56 (UTC +04:00)

Mədəniyyət nazirinin müşaviri işdən çıxarıldı

Mədəniyyət Nazirliyinin Texniki təchizat və əmlakın idarə edilməsi şöbəsinin müdiri Abduləlimov Ruslan Ələsgər oğlu və Kinematoqrafiya şöbəsinin müdiri Məmmədov Cahangir Tokay oğlu yaş həddi ilə əlaqədar vəzifədən azad ediliblər.

Lent.az-aın Mədəniyyət Nazirliyinə istinadən verdiyi məlumata görə, mədəniyyət nazirinin birinci müavini, mədəniyyət nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Anar Kərimov bu barədə əmr imzalayıb.

Həmçinin A. Kərimovun digər əmri ilə mədəniyyət nazirinin müşaviri İsmiyev Aydın Cuməli oğlu öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4009
avatar

Oxşar yazılar