Kulis.az-ın təsis etdiyi ədəbiyyat mükafatları təqdim olundu - FOTO
25 dekabr 2019 16:53 (UTC +04:00)

Kulis.az-ın təsis etdiyi ədəbiyyat mükafatları təqdim olundu - FOTO

Bu gün “APA Group”da Kulis.az-ın təsis etdiyi “İlin yazıçısı”, “İlin şairi” və “İlin tənqidçisi” nominasiyaları üzrə mükafatlandırma mərasimi keçirilib.

APA-nın xəbərinə görə, Kulis.az-ın baş redaktoru, yazıçı Şərif Ağayar bildirib ki, qaliblər saytın əməkdaşlarından ibarət münsiflər heyəti tərəfindən seçilib.

“Növbəti illərdə də bu mükafatları təqdim etmək niyyətindəyik. İstərdik ki, bu ənənə halını alsın”, - deyə Ş. Ağayar qeyd edib.

Lent.az-ın baş direktoru Qabil Abbasoğlu deyib ki, Kulis.az-ın təsis etdiyi mükafatlar Azərbaycan ədəbiyyatına verilən qiymətdir: “İnternet media kimi yaranan Kulis zaman keçdikcə Azərbaycan ədəbiyyatına güzgü tutdu”.

Daha sonra mükafatlar təqdim olunub.

“Qız və maneken” povest və hekayələr kitabına və Kulis.az-da yayımlanan yeni hekayələrinə görə “İlin yazıçısı” mükafatına Səfər Alışarlı, Kulis.az-da yayımlanan və geniş marağa səbəb olan şeirlərinə görə “İlin şairi” mükafatına Həmid Herisçi və yeni ədəbiyyat nümunələrindən, xüsusən gənclərin yaradıcılığından mütəmadi yazdığı səmərəli tənqidi yazılarına və bu il çap olunan “Düşüncə zamanı - ədəbi tənqid diskurs kimi” və “Ədəbiyyat qəzeti”ndə təşkil olunan ədəbi müzakirələrin toplandığı “Müstəqilliyin ədəbiyyatı müzakirə diskursunda” kitablarına görə “İlin tənqidçisi” mükafatına isə Elnarə Akimova layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1602

Oxşar yazılar

Özünüzü  tapmağa   kömək edəcək  6 film   -  VİDEO

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO

16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq  5 film   -  VİDEO

Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO

16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında  ağır yaralandı - FOTO

Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO

16 iyul 2025 , 11:25
Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34