İranlı dirijor "O olmasın, bu olsun"u idarə edəcək
18 fevral 2020 10:51 (UTC +04:00)

İranlı dirijor "O olmasın, bu olsun"u idarə edəcək


İranın tanınmış dirijoru Bərdia Kiyarəs Novruz bayramı günlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” və “Arşın mal alan” musiqili komediyalarına dirijorluq edəcək.

Teatrdan Lent.az-a verilən məlumata görə  “O olmasın, bu olsun” tamaşası mart ayının 20, 21, 23 və 24-də saat 19:00-da, “Arşın mal alan” isə martın 22-si və 25-də saat 19:00-da oynanılacaq.

Tamaşaların təqdimatında Ərdəbilin sevilən müğənnisi Ayxan da iştirak edəcək.

Biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN xidmət” mərkəzlərindən və “iticket.az” saytından əldə etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2280
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar