İran muğam ifaçısı Məhəmməd Rza Şəcərian vəfat edib.
APA-nın “The Wahington Post”a istinadən verdiyi xəbərə görə, 80 yaşlı muğam ifaçısının ölüm səbəbi xərçəng xəstəliyi olub.
1940-cı ildə Məşhəd şəhərində anadan olan Məhəmməd Rza Şəcərian İranın ən böyük muğam ifaçılarından biri hesab olunub.
Qeyd edək ki, oğlu Humayun Şəcərian hazırda onun yolunu davam etdirir.