"Bəhram Bağırzadənin durumu stabil, kritik, ağır olaraq qalır".
APA-nın xəbərinə görə, bu barədə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Mərkəzi Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev məlumat verib.
O deyib ki, müəyyən laborator və rentgenoloji göstəricilərdə cüzi yaxşılaşma qeyd edilir.