Bakıda qadınlara qarşı zorakılıqla bağlı tamaşa təqdim olundu
10 dekabr 2019 19:48 (UTC +04:00)

Bakıda qadınlara qarşı zorakılıqla bağlı tamaşa təqdim olundu

Dekabrın 10-da Azərbaycan Dövlət Kukla Teatrında yaradıcı qadınların ideya və dəstəyi əsasında hazırlanan “O qadın” adlı dramatik tamaşanın premyerası olub.

APA-nın məlumatına görə, tamaşa son vaxtlar qadın qətllərinin artması, ailə-məişət münaqişəsi zəminində daha çox qadınların zərər çəkməsi, zərif cinsin nümayəndələrinin kütləvi şəkildə fiziki və mənəvi zorakılığa məruz qalmalarına etiraz olaraq səhnələşdirilib.

Sənədli teatr üslubunda hazırlanan tamaşa real faktlar, zərərçəkmiş qadınların həyat hekayələri əsasında hazırlanıb.

Bir hissəli sosial-psixoloji mövzulu tamaşanın əsas məqsədi qadınlar arasında maarifləndirmə işi aparmaq, onlara məruz qaldıqları hər hansı zorakılıq faktına qarşı hüquqi və psixoloji dayaq nöqtəsini formalaşdırmaq və istənilən halda pozulmuş hüquqlarını bərpa etməyə cəsarətləndirməkdir.

Tamaşanın ideya müəllifləri yazıçı-rejissor Səidə Haqverdiyeva, kinotənqidçilər Sevda Sultanova və Aygün Aslanlıdır.

Rejissor Günay Səttarın quruluş verdiyi tamaşada rolları Ülviyyə Əliyeva, Ləman Mərrih və Elgün Həmidov ifa edirlər.

Tamaşada qadın hüquq müdafiəçisi Mehriban Zeynalovanın qadın sığınacağında məskunlaşan qadınların, eləcə də gender üzrə mütəxəssislərin və psixoloqların video-müsahibələri də nümayiş olunub.

Qeyd edək ki, layihə Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş fəallıq kampaniyasına dəstək çərçivəsində hazırlanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1699

Oxşar yazılar

Özünüzü  tapmağa   kömək edəcək  6 film   -  VİDEO

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO

16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq  5 film   -  VİDEO

Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO

16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında  ağır yaralandı - FOTO

Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO

16 iyul 2025 , 11:25
Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34