Azərbaycanlı solistlərin Parisdə konserti oldu - FOTOLENT
05 yanvar 2020 09:31 (UTC +04:00)

Azərbaycanlı solistlərin Parisdə konserti oldu - FOTOLENT

Parisin 5-ci rayonunda yerləşən Saint Severin kilsəsində klassik musiqi konserti olub.

Fransanın İncəsənətin Dostları Assosiasiyasının təşkil etdiyi konsertdə Rusiya Federasiyası Tatarıstan Respublikasının Əməkdar artisti, Sankt- Peterburq Mariinski Teatr truppasının solisti, beynəlxalq müsabiqələr laureatı, həmvətənimiz Timur Abdikeyev və Bakı Musiqi Akademiyasının Opera Studiyasının solisti Adil Axundov çıxış ediblər.

Konsert çərçivəsində görkəmli bəstəkarlar Jeorq-Frederix Handel (Georg Friedrich Haendel, 1685), Jan-Sebastyən Bax (Jean-Sébastien Bach, 1685), Franz Jozef Haydn (Franz Joseph Haydn, 1732), Vinçenso Bellini (Vincenzo Bellini, 1801), Rudolfo Falvo (Rodolfo Falvo, 1873) və Jorj Gerşvin (George Gershwin, 1898) əsərləri ifa olunub.

Qeyd edək ki, Bakıda anadan olmuş T. Abdikeyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib. 2000-ci ildə Bakıda Şövkət Məmmədova adına Respublika və Bülbül adına vokalistlərin Beynəlxalq müsabiqələrinin mükafat və fəxri adlarına layiq görülüb. «Ümid» diplomu və İ.K.Arxipova adına Fondun mükafatına layiq görülmüşdür. O, Vladimir Atlantovun rəhbərlik etdiyi vokalistlərin beynəlxalq müsabiqəsinin laureatı və Milanda Leyla Gencerin rəhbərlik etdiyi “La Scala” teatr müsabiqəsinin finalisti olub.

2004-cü ildə Sankt -Peterburqun Marliinski Teatrının səhnəsində karyerasına başlayan T. Abdikeyev bu əfsanəvi teatrın səhnəsində 60-dan çox rolları ifa edib.

T.Abdikeyev Paris, London, Madrid, Vaşinqton, Nyu-York, Stokholm, Kiyev və Moskva şəhərlərinin məşhur opera və teatrlarında konsertlər verib və Ferruçço Furlanetto, Nikolay Putilin, Olqa Borodina, Anna Netrebko, Vasili Qerello, Viktor Çernomortsev kimi məşhur artistlərlə eyni səhnəni bölüşüb.

T. Abdikeyev hazırda Parisdə yaşayır və karyerasını davam etdirir.

 

(AZƏRTAC)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9330

Oxşar yazılar

Kefinizi açacaq 5  məzəli film   -  VİDEO

Kefinizi açacaq 5 məzəli film - VİDEO

17 iyul 2025 , 19:46
Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

17 iyul 2025 , 16:25
Özünüzü  tapmağa   kömək edəcək  6 film   -  VİDEO

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO

16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq  5 film   -  VİDEO

Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO

16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında  ağır yaralandı - FOTO

Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO

16 iyul 2025 , 11:25
Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51