56 yaşlı teleaparıcı ana oldu, həkimlər ŞOKDA
22 mart 2023 17:49 (UTC +04:00)

56 yaşlı teleaparıcı ana oldu, həkimlər ŞOKDA

Braziliyanın ən məşhur teleaparıcılarından biri 56 yaşlı Klaudiya Rayya ana olub.

Lent.az-ın xəbərinə görə, o, hamiləliyinin özü üçün sürpriz olduğunu bildirib. Əvvəllər süni mayalanma yolu ilə dəfələrlə övlad sahibi olmaq istəyən aparıcının bütün cəhdləri nəticəsiz qalıb. O, nəhayət uşaq arzusundan imtina edib.

Artıq bir neçə ildir menopauza dövrünə qədəm qoymuş aparıcının həkimi, doktor Ginsburq bu hamiləliyi tibb elmi üçün möcüzə adlandırıb.

“55 yaşdan yuxarı qadınların hamiləliyi zamanı sağlam övlad doğmaq şansı 1 faiz təşkil edir. 45 yaşdan sonra hamiləliyin yarımçıq kəsilməsi ehtimalı 80 faizdir. Menopauza dövrünü yaşayan qadının 56 yaşda sağlam uşaq doğması möcüzədir”- deyə o bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2667
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar