Bu günlərdə sosial şəbəkələrdə geiş müzakirə mövzusuna çevrilən 400 illik bir rəsm əsəri istər-istəməz "Nike" firmasının reklamına çevrilib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 1652-ci ildə hollandiyalı rəssam Ferdinand Bolun çəkdiyi 8 yaşlı uşaq rəsmindəki bir detal sosial şəbəkələrdə geniş müzakirə olunur.
Rəsmdə oğlanın ayaqqabısı üzərində "Nİke" firmasına məxsus loqotip marağa səbəb olub. Bu loqotip şirkət yaranandan 7 il sonra, 1971-ci ildə istifadə olunub.
Qısası, 400 il öncə çəkilən bu rəsm, daha doğrusu, hollandiyalı uşağın ayaqqabısı "Nike" üçün yaxşı bir reklama çevrilib.