Moskvada Müslüm Maqomayevin abidəsinin təntənəli açılışı oldu
Lent.az-ın məlumatına görə, mərasimi ədəbiyyatşünas, musiqişünas, teleaparıcı Rusiyanın xalq artisti Svaytoslav Belza açıb.
V. Belza Müslim Maqomayev sevərlərin arzularının gerçəkliyi olan bu monumental abidənin açılış mərasimini aparmağın ona nəsib olmasından məmnun olduğunu deyib.
Rusiya və Azərbaycan televiziyalarının tuşlandığı, yüzlərlə insanın toplandığı bu mərasimdə hər iki ölkənin dövlət və ictimaiyyət xadimləri iştirak edib.
Çıxış edənlərdən Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Moskva merinin sosial-siyasət məsələləri üzrə müavini Lyudmila Şvetsova Müslüm sənəti qarşısında baş əyərək onun ölməzliyindən danışıblar. Bu abidənin qoyulmasının təşəbbüskarı olan və maddi vəsait ayıran azərbaycanlı iş adamı Araz Ağalarova təşəkkür etməyi də unutmayıblar.
“Mənim daxili vəziyyətimin sizlərə sirayət etməsini istəmirəm”, - deyə sözə başlayan Müslim Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya qəhərini gizlədə bilməyib. Onun sözlərinə görə, arabir görünüb çəkilən günəş şəfəqlərinin Müslümün mərmər və qranitdən hazırlanmış heykəlinin üzündə bərq vurmasında da bir qanunauyğunluq var: “Müslümün hər iki vətənində Bakıda və Moskvada ona qoyulan abidlər Müslüm sənətinə və şəxsiyyətinə veriləm qiymətdir. Biz Müslümlə bir ölkənin övladıyıq. Hər ikimiz Sovetlərdə doğulmuşuq və bu gün də o, yenə iki ölkənin timsalında hər iki yerə aid olduğunu göstərdi. Bəli, o getdi, amma gedəndən sonra da musiqisi və şəxsiyyəti ilə ürəklərdə əbədi yuva qurduğunu bir daha sübut etdi”.
Mərasimin aparıcısı S. Belza sağlığında Müslümlə görüşdüyünə görə fəxr etdiyini də bildirib: Sağlığında onunla görüşmək və danışmaq qismətinə düşənlər nə qədər xoşbəxtdir deyə bilmərəm. Amma belə bir dahi sənətkarı tanımaq şərəfindən mənə də pay düşdüyü üçün qurur duyuram. Azərbaycan və rus xalqlarının birliyinə xidmət edən, onu birləşdirən əvəzsiz sənətkarın abidəsi ucaldılmış bu bağın sevənlərin görüş və əhd-peyman yerinə çevriləcəyinə inanıram”.
Gül yağışına qərq olan abidənin açılış mərasimi bitsə də, onu ziyarət edənlərin ardı-arası kəsilməyib. Müslüm Maqomayevin mahnılarının müşayiəti ilə əlində qızılgüllər tutan qələbəlik bir daha öz kumirlərinə məhəbbətlərində sadiq olduqlarını nümayiş etdirirdilər sanki.
Tünzalə Vəliqızı,
Moskva “Yeni səs” qəzeti,
xüsusi olaraq Lent.az üçün

1042