Sona Vəliyevanın ikinci şeirlər kitabı çapdan çıxıb -FOTO
Lent.az-ın məlumatına görə, “Arazbarı” Sona Vəliyevanın şair kimi oxucularla ikinci görüşüdür. Bundan öncə Sona xanımın “Çəhrayı rəngli dünyam” (2007) şeirlər kitabı çapdan çıxıb.
“Arazbarı” şeirlər kitabında Sona Vəliyevanın müxtəlif illərdə qələmə aldığı şeirləri toplanıb. Kitabda Vətən sevgisi və vətəndaşlıq mövqeyi, torpaq həsrəti, milli hisslərimizin, duyğularımızın, adət-ənənələrimizin, gündəlik həyatda rastlaşdığımız hadisələrin qeyri-adi yozumu, ən başlıcası isə Uca Tanrıya və onun yaratdığı insana, təbiət gözəlliklərinə irfani eşq insan qəlbini riqqətə gətirir.
Kitab “Qanun” nəşriyyatında dərc olunub. Kitabın ön sözünün müəllifi millət vəkili, xalq şairi Sabir Rüstəmxanlıdır.
Qeyd edək ki, müəllifin indiyə qədər işıq üzü görmüş “Azərbaycançılıq, milli ideologiya və ədəbi-estetik təlim kimi” (2002), “Milli dövlətçilik hərəkatının yüksəlişi və Xalq Cümhuriyyəti dövründə Azərbaycançılıq ideyası” (2003) elmi-publisistik və “Çəhrayı rəngli dünyam” (2007) şeirlər kitabı oxucular tərəfindən rəğbətlə qarşılanıb.

Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11