“Azərbaycan xalçası” kitabı Macarıstanda maraqla qarşılanıb
25 iyul 2011 18:41 (UTC +04:00)

“Azərbaycan xalçası” kitabı Macarıstanda maraqla qarşılanıb

Lətif Kərimov adına Azərbaycan Dövlət Xalçaçılıq və Tətbiqi Sənəti Muzeyinin direktoru? sənətşünaslıq doktoru Röya Tağıyevanın Azərbaycanın Budapeştdəki səfirliyinin təşəbbüsü ilə macar dilində çap edilmiş “Azərbaycan xalçası” kitabı bu ölkənin mədəni ictimaiyyəti və sənət adamları tərəfindən böyük maraqla qarşılanıb.

Azərbaycanın Macarıstandakı səfirliyindən Lent.az-a verilən məlumata görə, Macarıstanın Milli sərvətlər naziri Mikloş Retele səfir Vilayət Quliyevə göndərdiyi məktubda son dərəcə nəfis şəkildə çap olunmuş kitab barədə yüksək fikirlər söyləyib. O, bu kitabın dünya tətbiqi sənətinin özünəməxsus nümunələrindən biri olan Azərbaycan xalçasını tanıtmaq və təbliğ etmək baxımından böyük əhəmiyyətə malik olduğunu bildirib. Məktubda eyni zamanda Azərbaycan xalçasının qədim tarixinə, zəngin texnologiyasına və dünya mədəni irsindəki yerinə də diqqət yetirilib.

Xatırladaq ki, “Azərbaycan xalçası” kitabı bu yaxınlarda 1000 nüsxə tirajla Budapestin rəssamlıq və sənət əsərlərinin çapı üzrə ixtisaslaşan “Korvina” nəşriyyatında işıq üzü görüb.

Hazırda səfirlik Azərbaycan və Macarıstan mütəxəssislərinin birgə iştirakı ilə Macarıstan tətbiqi sənət muzeyində saxlanan XVI əsrə aid Azərbaycan xalçalarının identifikasiyası və bərpası ilə bağlı layihənin həyata keçirilməsi istiqamətində iş aparır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 722

Oxşar yazılar