Macarıstanda Azərbaycan dili ilə bağlı kitabların təqdimatı keçirilib - FOTO
Azərbaycanın Macarıstandakı səfirliyində ölkəmizin bu diplomatik nümayəndəliyinin təşəbbüsü və yardımı ilə çap olunmuş “Gəlin Azərbaycan dilində danışaq. Ölkə və onun dili” (Kamal Abdulla, Mariya Keneşi), “Azərbaycanca-macarca danışıq kitabçası” (Mariya Keneşi) və “Azərbaycan” (Borbala Obruşanski) kitablarının təqdimat mərasimi keçirilib.
Səfirlikdən Lent.az-a verilən məlumata görə, mərasimi giriş sözü ilə səfir Vilayət Quliyev açıb. O, ölkəmizin xaricdəki diplomatik təmsilçiliklərinin mühüm funksiyalarından birinin də Azərbaycanın dil, tarix və mədəniyyətinin təbliği istiqamətində görülən işlər olduğunu bildirib, dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünün geniş qeyd edildiyi bir vaxtda tanıtma xarakterli belə kitabların əhəmiyyətinin daha da artdığını vurğulayıb.
Bakı Slavyan Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Kamal Abdulla, Budapeştdəki ELTE Universitetinin müəllimi Mariya Keneşi, “Avrasiya araşdırmaları” jurnalının redaktoru, tarixçi Borbala Obruşanski müəllifləri olduqları kitablar haqqında mərasim iştirakçılarına ətraflı məlumat veriblər. Onlar Budapeştdə, macar dilində çap olunmuş bu kitabların Azərbaycan tarixinə və mədəniyyətinə etibarlı körpü olacağı ilə bağlı ümidlərini ifadə ediblər. Eyni zamanda iki ölkə alimləri arasında son illərdə geniş vüsət alan yaradıcılıq əməkdaşlığının Azərbaycan və macar mədəniyyətlərinin qarşılıqlı zənginləşməsi yolunda mühüm stimula çevrildiyini bildiriblər.
Dünya miqyasında tanınan türkoloq-alim, Macarıstan Elmlər Akademiyasının akademiki Georq Xazai, Macarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Svetlana Abdullayeva öz çıxışlarında nəşr olunan kitabların əhəmiyyətindən söz açıblar. Tədbirdə Kamal Abdulla təqdimat mərasimi iştirakçılarının Azərbaycanda türkologiya elminin inkişafı ilə bağlı bir sıra suallarını cavablandırıb.
Təqdimat mərasiminə Macarıstan Elmlər Akademiyasının əməkdaşları, Korvinus və ELTE universitetlərinin müəllim və tələbələri, diplomatik korpusun təmsilçiləri, media nümayəndələri qatılıb. Səfirlikdə eyni zamanda mərasim iştirakçıları üçün qəbul da təşkil olunub.
Bakı Slavyan Universitetinin rektoru professor Kamal Abdullanın Budapeştə səfəri çərçivəsində Korvinus Universitetində də “Gəlin Azərbaycan dilində danışaq” kitabının təqdimatı keçirilib. Universitet rektorlarının görüşündə müvafiq şəkildə bu ali məktəblərdə Azərbaycan və macar mədəniyyəti mərkəzlərinin yaradılması barəsində razılıq əldə edilib.

744