Molla Pənah Vaqif və Yaqub Mahmudov haqda film çəkilib
Azərbaycan Teleradio Verilişləri QSC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görkəmli şair Molla Pənah Vaqifin həyat və yaradıcılığına həsr olunmuş filmdə onun taleyinin müxtəlif məqamları əks etdirilib. Filmdə şairin qoşmalarından, qəzəllərindən, müxəmməslərindən, məsnəvilərindən istifadə olunub. Çəkilişlər Qazax rayonunun Şıxlı və Salahlı kəndlərində aparılıb. Filmin ssenari müəllifi Əhməd Oğuz, rejissoru Namiq Ağayev, operatoru Elxan Rüstəmovdur.
Siyasi portret janrında çəkilən “Tarixin izi ilə…Yaqub Mahmudov” filmi əməkdar elm xadimi, tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Yaqub Mahmudovun həyat, elmi və ictimai fəaliyyətinə həsr olunub. Filmdə Azərbaycan tarixinin müxtəlif zaman kəsiyində üzləşdiyi qadağalardan söhbət açılıb. Çəkilişlər Şəkidə, Balakəndə və Bakıda aparılıb. Filmin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Murad Muradov, operatoru Mətləb Yaqubovdur.

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06