
Azər Dadaşovun musiqisi okeanın o tayında səsləndirilib
Bu günlərdə ABŞ-ın İndiana ştatının Bluminqton şəhərində keçirilən konsertdə Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, əməkdar incəsənət xadimi Azər Dadaşovun “Şükürlər olsun sənə” ariya-duası da səsləndirilib. Bəstəkarlar İttifaqından Lent.az-a verilən məlumata görə, “Bütün dinlər sülh üçün dua edirlər” şüarı altında keçirilən konsertdə üç səmavi dini - İudaizm, Xristianlıq və İslamı tərənnüm edən musiqilər səslənib. Konsertin proqramına müxtəlif ölkələrin və xalqların dini məzmunlu vokal musiqiləri daxildir. Bu musiqilər fortepiano, həmçinin ney və zərb alətlərinin müşayiəti ilə ifa olunub.
Konsertin keçirilməsinin ideyası Ömər Türkmənoğluna məxsusdur. Mənşəcə türk olan Türkmənoğlu İndiana Universitetinin nəzdindəki musiqi məktəbinin professorudur.
Konsertin ABŞ-ın başqa şəhərlərində təkrarlanması nəzərdə tutulub.
Xəyalə
Konsertin keçirilməsinin ideyası Ömər Türkmənoğluna məxsusdur. Mənşəcə türk olan Türkmənoğlu İndiana Universitetinin nəzdindəki musiqi məktəbinin professorudur.
Konsertin ABŞ-ın başqa şəhərlərində təkrarlanması nəzərdə tutulub.
Xəyalə
Oxşar yazılar

İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23
Yuxunuzu qaçıracaq 5 QORXULU film - VİDEO
24 iyun 2025 , 15:55