Azərbaycanda ilk: teatr daxili mono tamaşalar festivalı keçiriləcək
Bu barədə Lent.az-a festivalın təşəbbüskarı olan Bakı Uşaq Teatrının direktoru və bədii rəhbəri İntiqam Soltan deyib. O bildirib ki, festivalda teatrın bütün aktyorları iştirak edəcək: “Mən özüm də çıxış edəcəyəm, ancaq müsabiqədən kənar şəkildə. Səhnəyə birinci mən çıxacağam. Sonra bir neçə gün ərzində teatrın aktyorları öz tamaşalarını göstərəcəklər. Bu festivalı keçirməkdə məqsədimiz aktyorların yaradıcılıq imkanlarını inkişaf etməkdir. Sirr deyil ki, hər hansı aktyor tamaşada öz imkanlarını tam şəkildə göstərə bilmir. Ona görə də bu festivalı təşkil etməklə aktyorlara müstəqillik vermişik ki, özlərini tam göstərsinlər”.
İ.Soltanın sözlərinə görə, festivalda dil və janr seçimi tam sərbəstdir. Hər aktyor müstəqil olaraq, istənilən teatrın rejissoru ilə işləyə bilər. Hər tamaşa 20-30 dəqiqə olacaq. Müsabiqə üçün üç yer nəzərdə tutulub. Qalibləri isə Mədəniyyət və Turizm Nazirliyinin, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin və digər teatrların nümayəndələrindən ibarət münsiflər heyəti müəyyənləşdirəcək. Ən çox bəyənilən tamaşalar Bakı Uşaq Teatrının repertuarına salınacaq.
Festival iyunun üçüncü ongünlüyündə baş tutacaq.
Xəyalə

Oxşar yazılar

İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23
Yuxunuzu qaçıracaq 5 QORXULU film - VİDEO
24 iyun 2025 , 15:55