Fuad Poladovu Hərbi Prokurorluğun müstəntiqi və zavod direktoru ilə nə birləşdirir?
Aktyor bu dəfə də Hərbi Prokurorluğun müstəntiqi Səlimov obrazını yaradır. Fuad Poladov Lent.az-a bildirib ki, “Mən evə qayıdıram” adlı tammetrajlı bədii film “Salnamə” studiyasında çəkilir. Filmin rejissoru Samir Kərimoğludur. Gələn ay filmin çəkilişləri tam başa çatacaq.
Aktyor onu da bildirib ki, Akademik Milli Dram Teatrında “Sən həmişə mənimləsən” tamaşasında da iştirak edəcək. O, zavod direktoru Həsənzadə obrazını yaradacaq. Tamaşaya Azər Paşa Nemətov tam yeni quruluş verəcək, hətta adının dəyişdiriləcəyi də gözlənilir. Bu tamaşa teatrsevərlərə yeni mövsümdə təqdim olunacaq.
Onu da qeyd edək ki, bu gün Fuad Poladovun doğum günüdür. Aktyor 63 yaşını qeyd edir.
Xəyalə Muradlı

Oxşar yazılar

İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23
Yuxunuzu qaçıracaq 5 QORXULU film - VİDEO
24 iyun 2025 , 15:55