
Bakı Uşaq Teatrı Ərzuruma gedir
Teatrın kollektivi III Beynəlxalq Teatr Festivalında Azərbaycanı təmsil edəcək. Teatrın direktoru və bədii rəhbəri İntiqam Soltanın Lent.az-a verdiyi məlumata görə, kollektiv festivalda “Turp” nağılının motivləri əsasında hazırlanan “Gücümüz birliyimizdədir” tamaşası ilə səhnəyə çıxacaq. Tamaşa mayın 29-da nümayiş olunacaq: “Biz bu festivalda keçən il də iştirak etmişdik. Keçən ilki uğurlu çıxışımızın nəticəsi olaraq, bu il ora birbaşa dəvət aldıq. Heç bir seçim etmədən bizə dəvət göndərdilər ki, istənilən sayda tamaşa ilə gələ və nə qədər istəsəniz qala bilərsiniz”.
İ. Soltan onu da bildirib ki, teatrın kollektivi səfər çərçivəsində bir neçə uşaq evində də xeyriyyə məqsədilə pulsuz tamaşa nümayiş etdirməyi planlaşdırır.
Xəyalə
İ. Soltan onu da bildirib ki, teatrın kollektivi səfər çərçivəsində bir neçə uşaq evində də xeyriyyə məqsədilə pulsuz tamaşa nümayiş etdirməyi planlaşdırır.
Xəyalə
Oxşar yazılar

İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23
Yuxunuzu qaçıracaq 5 QORXULU film - VİDEO
24 iyun 2025 , 15:55