Türkiyə səfiri: ““Sarı gəlin” türk mahnısıdır, bunu dünya bilir”
“Nazir Əhməd Davudoğlu Azərbaycan xalqını, Azərbaycan mədəniyyətini çox yaxşı tanıyan, Azərbaycanla bağlı hər şeyi dərindən bilən bir insandır. O, hər zaman Azərbaycana hörmətlə yanaşır”.
APA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç ötən gün “Kanal D” telekanalında yayımlanan “Şəffaf oda” proqramında Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun “Sarı gəlin” mahnısının erməni musiqisi kimi təqdim olunmasına reaksiya verməməsi barədə suala cavabında deyib.
Səfir bildirib ki, hər halda Əhməd Davudoğlu adı çəkilən proqramda “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunmasına çox da diqqət etməyib: “Amma “Sarı gəlin” bir türk mahnısıdır. Bunu dünya bilir. Bu mahnı hər zaman da türk mahnısı olaraq qalacaq”.
Qeyd edək ki, mayın 22-də “Kanal D” telekanalında yayımlanan “Şəffaf oda” verilişində Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu qonaq olub. Verilişdə aparıcı “erməniləri də bir yada salaq, erməni xalq mahnısı “Sarı gəlin”i dinləyək” deyib. Nazir bu təqdimatına təbəssümlə qarşılayıb və “məmnuniyyətlə” sözləri ilə cavab verib.
Müğənnini “Sarı gəlin”i oxuyarkən, Türkiyənin xarici işlər naziri də mahnını dodaqaltı zümzümə edib.

728