Macar tədqiqatçının “Azərbaycan” adlı kitabı çap olunub - FOTO
Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə macar alimi, “Avrasiya araşdırmaları” (Hollandiya) jurnalının baş redaktor müavini xanım Borbola Obruşanskanın ölkəmizin qədim və müasir tarixindən, mədəniyyətindən, təbii gözəlliklərindən, turist imkanlarından və çağdaş həyat tərzindən bəhs edən “Azərbaycan” kitabı çap olunub.
Səfirlikdən Lent.az-a verilən məlumata görə, macar tədqiqatçı ötən ilin yayında Bakı və Azərbaycanın digər bölgələrinə səyahət edib. Bu səyahət zamanı o, təkcə tarix və mədəniyyət abidələri, adət-ənənələrimiz, milli mətbəximizlə deyil, həm də Ermənistanın işğalçı siyasəti nəticəsində köçkün həyatı yaşamağa məcbur olan soydaşlarımızla görüşüb. 300 səhifəlik kitabda tarixi bilgilərlə bir sırada bu təəssüratlar da öz əksini tapıb.
Sadə və cəlbedici üslubda yazılan, ölkə haqqında zəruri məlumatları özündə əks etdirən, çoxsaylı illüstrasiyalarla müşayiət olunan kitab ölkəmizə səfər etmək niyyətində olan macar turistləri və Azərbaycanla maraqlanan sıravi oxucular üçün maraq doğura bilər. Macar alimi öz əsərin Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 20 illik yubileyinə həsr edib.

Oxşar yazılar

İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23
Yuxunuzu qaçıracaq 5 QORXULU film - VİDEO
24 iyun 2025 , 15:55