İsrafil İsrafilov Türkiyəyə gedir
Mayın 17-dən 28-ə qədər İkinci Antalya Beynəlxalq Teatr Festivalı keçiriləcək. Festival çərçivəsində TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının üzvləri olan ölkələrin dövlət akademik milli dram teatrlarının direktorlarının müşavirəsi təşkil olunacaq.
Bununla əlaqədar olaraq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov mayın 16-dan 19-a qədər Türkiyəyə işgüzar səfərə gedəcək.
Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbir TÜRKSOY və Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi Dövlət Teatrları Baş Müdirliyi tərəfindən təşkil edilib. Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Şimali Kipr, Tatarıstan, Başqırdıstan, Altay, Çuvaşıstan və Xakasiya dövlətlərinin teatrlarının Direktorlar Şurasının yaradılması və türk dövlətləri teatrlarının birgə əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Xəyalə Muradlı

Oxşar yazılar

Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23