“Eurovision-2011” qalibləri vətəndə gül-çiçək və bayraqla qarşılandılar
16 may 2011 06:13 (UTC +04:00)

“Eurovision-2011” qalibləri vətəndə gül-çiçək və bayraqla qarşılandılar

“Eurovision-2011”in qalibləri Eldar Qasımov və Nigar Camal bu gün səhər saatlarında vətənə qayıdıblar. Lent.az-ın əməkdaşı da qalibləri qarşılayanlar arasında olub. Onun verdiyi məlumata görə, qaliblər “Eurovision-2011”dəki Azərbaycan nümayəndə heyəti ilə birlikdə Bakıya dönüblər.

Qaliblərimizi qarşılamaq üçün gecə saatlarından etibarən pərəstişkarlar Heydər Əliyev adına Hava Limanına toplaşıblar. Onların əllərində Azərbaycan bayrağı və gül-çiçək dəstələri olub.

APA-nın Düsseldorfda “Eurovision-2011” müsabiqəsini izləmək üçün ezam olunmuş xüsusi müxbiri də həmin təyyarə ilə geri dönüb. Onun bildirdiyinə görə, qalib təmsilçilərimiz üçün AZAL Dövlət Konserni tərəfindən xüsusi təyyarə ayrılıb.

Azərbaycanı “Eurovision-2011” yarışmasının qalibi edən təmsilçilərimiz üçün AZAL tərəfindən hazırlanmış tort təyyarədə kəsilib. Xüsusi çoşqu ilə keçən səfər barədə APA-ya danışan Eldar Qasımov bildirib ki, o, ölkəyə belə qələbə ilə qayıtdığına görə, çox xoşbəxtdir: “Biz bu xoşbəxtliyi, sevinci Bakıya yaşatdığımız üçün çox məmnunuq. Bu uğurlarımızı davam etdirməyə çalışacağıq”.

Qaliblərimizi qarşılayanlar arasında millət vəkilləri Ceyhun Osmanlı və Fuad Muradov da olub.

Fanatları “Eurovision” təmsilçimizə çoxlu güllər, hədiyyələr təqdim ediblər.

Qeyd edək ki, qaliblərlə birgə Almaniyadakı Azərbaycan nümayəndə heyəti, gənclər və idman naziri Azad Rəhimov başda olmaqla, geri dönüblər.

Qarşılamaya gələnlərin avtomaşınları “Eldar və Nigar” sözləri ilə bəzənib. Eldar və Nigar oraya toplaşanlar tərəfindən böyük sevgi və alqışlarla qarşılanıb.

Qaliblər izdihamın sıxl olması səbəbindən jurnalistlərin suallarını cavablandırmamış məkanı tərk ediblər.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1661

Oxşar yazılar

İnsanları tanımağınıza  kömək edəcək 5 film  -VİDEO

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO

16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28