ABŞ-da Azərbaycan bəstəkarının operasının premyerası təşkil olunub
Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının təşkilatçılığı ilə “Houston Grand Opera”nın səhnəsində tanınmış Azərbaycan bəstəkarı, xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin “Adın Dənizdir” (“Your Name Means the Sea”) operasının premyerası olub. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 6 musiqiçinin səsləndirdiyi və dörd ifaçının oxuduğu 30 dəqiqəlik bu operada amerikalı gənc qız, rəssam Dəniz ilə azərbaycanlı gənc müğənni Seymur arasında olan məhəbbətdən, onların sevgisinin və sənətinin etnik və dini fərqlərin yaratdığı problemlərin öhdəsindən gələ bilmək iqtidarında olmasından bəhs olunur.
Dəniz və Seymurun məhəbbəti iki musiqi cərəyanı vasitəsilə təqdim olunur. Üç skripka və bir fleyta Dəniz və onun atasının partiyalarını müşayiət edir və qərb musiqisini, tar, kamança və ənənəvi muğam ifası isə Seymur və onun anasının hekayətini müşayiət edir və şərq musiqisini təmsil edir. Dənizin partiyasını Hyustonlu soprano Lora Botkin, atasını isə amerikalı bariton Con Pakkard, Seymurun partiyasını tenor Babək Niftəliyev, anasını isə messo-soprano-soprano, Azərbaycanın xalq artisti Mələkxanım Əyyubova ifa edib.
Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin doğma Vətəni-Azərbaycanın milli musiqisi ilə müasir dövrün musiqisini məharətlə sintez etməsi tamaşaçılar tərəfindən maraqla qarşılanıb və alqışlanıb. Amerika mətbuatı Firəngiz Əlizadənin stilindən bəhs edərək onun şərqin modal baxışlarının Qərbin konstruktiv elementlərinə rahat şəkildə keçən iki ayrı dünyaya aid musiqini cəsarətlə sintez etdiyini vurğulayıb. Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin “Adın Dənizdir” operası mayın 24-ü və 26-da ABŞ-ın daha iki səhnəsində tamaşaçıların diqqətinə təqdim olunacaq.

675