ABŞ-ın üç şəhərində Azərbaycan mədəniyyət günləri keçiriləcək
Festival çərçivəsində təşkil olunacaq tədbirlərdə İpək Yolu ölkələrindən və Hyustonla qardaşlaşmış şəhərlərlə yanaşı, ölkəmizin rəsmi heyət və ifaçı qruplarından ibarət nümayəndə heyəti iştirak edəcək.
Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən Lent.az-a verilən məlumata görə, konsert proqramından sonra mayın 9-da Hyuston və Bakı şəhərlərinin qardaş şəhər olmaqlarının 35 illiyi ilə əlaqədar xüsusi proqramın təşkil edilməsi planlaşdırılır. Eyni zamanda, 10-14 may Los-Anceles, 14-17 may San-Fransisko və 17-20 may Vaşinqton şəhərlərində Mədəniyyət və Turizm Nazirliyinin müvafiq mədəni proqramlarının təşkili də nəzərdə tutulub.
Mədəniyyət günlərində təşkil olunacaq konsert proqramlarının birinci hissəsində “Emil Əfrasiyab və onun dostları” caz qrupunun ifasında caz-estrada- xalq mahnılarından ibarət kompozisiya, ikinci hissəsində isə Dövlət Rəqs Ansamblının ifasında müxtəlif rəqslər və həmçinin məşhur muğam ifaçılarının çıxışları da olacaq.
Mədəniyyət günləri ölkəmizin Vaşinqtondakı səfirliyi və Los-Ancelesdəki baş konsulluğunun təşkilatı dəstəyi ilə keçirilir.
Xəyalə

Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11