Üzərinə “Azərbaycan” yazılmayan musiqi alətləri ölkə xaricinə ixrac olunmayacaq
Lent.az-ın məlumatına görə, bu, Milli Məclisdə yeni hazırlanan “Azərbaycanın muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsində nəzərdə tutulub.
Qanun layihəsinin 6.2 maddəsində qeyd olunur ki, Azərbaycanda kütləvi istehsal olunan xalq çalğı alətlərinə “Azərbaycan” sözü nəqş edilir və belə seçdirməsi olmayan Azərbaycan xalq çalğı alətlərinin ölkə xaricinə çıxarılmasının qarşısı alınır.
Həmçinin qanun layihəsində maddə 4-də Azərbaycanda muğam sənətinin qorunması üçün ayrıca Dövlət Proqramının qəbul edilməsinin vacibliyi də bildirilir. Qanun layihəsində göstərilir ki, dövlət muğam sənətinin qorunması və inkişaf etdirilməsi sahəsində bir sıra müddəalarla yanaşı, ayrıca Dövlət proqramının qəbul olunmasına da təminat verir.
Qanunda göstərilir ki, dövlət həmçinin Azərbaycanda bu sənətin inkişaf etdirilməsi və milli xüsusiyyətlərin qorunması proseslərinə nəzarəti həyata keçirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanı yanında daimi fəaliyyət göstərən və yüksək peşəkarları əhatə edən Muğam Şurasının yaradılmasına da təminat verir.
Mübariz Aslanov

Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11