“Qatarın altına atılan qadın”ın sirri
Yazıçı Afaq Məsudun Milli Dram Teatrında tamaşaya qoyulan “Qatarın altına atılan qadın” əsərinin tamaşası bir az başı bəlalı oldu. Lent.az-ın məlumatına görə, tamaşada əsas obraz olan qadın rolunu məşq edən aktrisalar sonda ondan imtina edirlər, ya da həmin aktrisa tamaşadan uzaqlaşdırılır. Rol bölgüsü başlananda həmin rol xalq artisti Laləzar Mustafayevaya həvalə olunub. Bir neçə ay məşqdən sonra rejissor Mehriban Ələkbərzadə o aktrisaya “bu rol səndə alınmır” - deyib və aktrisa roldan imtina etməli olub.
İkinci dəfə isə 3 ay məşqdən sonra xalq artisti Zərnigar Ağakişiyeva səhhətində baş verən problemlər ucbatından tamaşadan çıxıb.
İndi keçmişi tanınmış, indi unudulmuş olan həmin qadın obrazı Gənc Tamaşaçılar Teatrının aktrisası Kəmalə Hüseynovaya həvalə olunub.
Tamaşanın premyerası isə mayın sonlarına planlaşdırılır.
Ramilə

Oxşar yazılar

Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00