![“İRS” jurnalı Argentinada nəşr olundu - FOTO](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
“İRS” jurnalı Argentinada nəşr olundu - FOTO
Səfir Məmməd Əhmədzadə 200-ə qədər iştirakçının qatıldığı bu tədbirdə deyib ki, səfirlik Azərbaycan və Argentina arasında bütün sahələrdə əməkdaşlığın inkişafı və Azərbaycan həqiqətlərinin Argentinada, habelə Cənubi Amerikada tanıdılması istiqamətində çalışır. Səfir Azərbaycanın ilk dəfə olaraq, dünyanın ən iri nəşriyyat və mədəniyyət tədbirlərindən olan Buenos-Ayres Beynəlxalq Kitab Yarmarkasında iştirak etdiyini və bu günlər ərzində yarmarkadakı Azərbaycan stendinə minlərlə ziyarətçinin gəlməsindən məmnunluğunu bildirib. Azərbaycan həqiqətlərinin dünyada təbliği sahəsində geniş xidmətləri olmuş “İRS” jurnalının Argentinada ispan dilində “İRS Herencia” adı ilə nəşrinə başlandığını deyən səfir, jurnalın dünyanın ispan dilli ölkələrində Azərbaycan həqiqətlərinin, qədim və zəngin tarixinin, mədəniyyətinin, incəsənətinin təbliğinə yardımçı olacağına əminliyini ifadə edib.
Argentina Milli Elmi Texniki Araşdırmalar Mərkəzinin (CONİCET) tədqiqatçısı və Buenos-Ayres Universitetinin müəllimi, mədəniyyətlərarası dialoq üzrə ekspert Veronica Gimenez Belivaou isə bildirib ki, 2009-cu ildə Azərbaycana səfəri zamanı azərbaycanlıların qonaqpərvər və öz zəngin ənənələri ilə fəxr edən xalq, Azərbaycanın qədim tarixi-mədəni irsə malik ölkə, müxtəlif icmaların dost və mehriban şəkildə yaşadığı tolerantlıq nümunəsi olduğunu və bütün sahələrdə əhəmiyyətli inkişaf dövrünü yaşadığına şahid olub.
“İRS Herencia” jurnalının Argentinada nəşrinə başlanmasını vacib hadisə kimi qiymətləndirən Veronica Gimenez Belivaou Azərbaycan həqiqətləri haqqında Argentina və Cənubi Amerikada tədqiqatların aparılmasının da böyük maraq kəsb edəcəyini deyib.
Daha sonra çıxış edən “İRS Herencia” jurnalının baş redaktoru Musa Mərcanlı “İRS”in keçdiyi şərəfli yol, bu jurnalın Azərbaycanın dünyada təbliğinə verdiyi töhfələr, habelə jurnalın Argentinada ispan dilində nəşrinin məqsədləri haqqında danışıb. Jurnalın “Sirli səslər məkanı Azərbaycan” adlı ilk nömrəsinin Azərbaycanın musiqi mədəniyyətinin təbliğinə həsr olunduğunu deyən M.Mərcanlı bu nömrədə Azərbaycan musiqisinin minilliklər ərzində keçdiyi təkamül və inkişaf, dünyanın mədəni irsinə verdiyi əvəzolunmaz töhfələr, Şərqdə ilk opera və baletin Azərbaycanda yaranması, Qarabağın dünya musiqisinin nadir incilərindən olan Azərbaycan muğamının beşiyi, Şuşanın isə Azərbaycan milli musiqisinin paytaxtı olması, Azərbaycanda keçirilən beynəlxalq musiqi festivalları haqqında elmi-tədqiqat, publisistlik yazı və məqalələrin, habelə illüstrativ materialların əks olunduğunu bildirib.
Tədbir geniş ictimaiyyətə açıq olduğu üçün oraya daxil olmuş Argentina erməni icmasının nümayəndələri tədbirin ahəngini pozmağa cəhd ediblər. Lakin səfir M.Əhmədzadənin cavabları, həmçinin, səfirlik tərəfindən əvvəlcədən görülmüş qabaqlayıcı tədbirlər və təqdimatda iştirak edən Argentina ictimaiyyətinin nümayəndələrinin qınağı və təzyiqi nəticəsində təxribatın qarşısı alınıb.
Argentinada nəşr olunmuş “İRS Herencia” jurnalı digər ispan dilli ölkələrə də yayımlanacaq.

Oxşar yazılar
![Üzünü görən hamı ondan qorxurdu - kişi "İfritə"nin SİRLƏRİ](https://lent.az/storage/news/2024/july/25/big/66a25fc5a271a66a25fc5a271b172191738166a25fc5a271466a25fc5a2717.jpg)
Üzünü görən hamı ondan qorxurdu - kişi "İfritə"nin SİRLƏRİ
26 iyul 2024 , 20:15![Dünya ədəbiyyatında ən güclü 10 qadın obrazı](https://lent.az/storage/news/2024/july/25/big/66a248c88967566a248c889676172191149666a248c88967166a248c889673.jpg)
Dünya ədəbiyyatında ən güclü 10 qadın obrazı
26 iyul 2024 , 12:24![Bu il baxmalı olduğunuz 15 ən yaxşı animasiya filmi](https://lent.az/storage/news/2024/july/24/big/66a0ffefb354466a0ffefb3545172182731166a0ffefb353f66a0ffefb3541.jpg)
Bu il baxmalı olduğunuz 15 ən yaxşı animasiya filmi
25 iyul 2024 , 12:50![“Halallıq vermədiyim xalq artistləri çoxdur” - Tanınmış aktrisa ilə MÜSAHİBƏ](https://lent.az/storage/news/2024/july/24/big/66a0dcca3eb4466a0dcca3eb45172181831466a0dcca3eb3e66a0dcca3eb41.jpeg)
“Halallıq vermədiyim xalq artistləri çoxdur” - Tanınmış aktrisa ilə MÜSAHİBƏ
24 iyul 2024 , 16:57!["Belə şeylərə nə ehtiyac var?" - Xalq artisti Arif Babayevdən AÇIQLAMA](https://lent.az/storage/news/2024/july/24/big/66a0b0c809b4266a0b0c809b43172180704866a0b0c809b3866a0b0c809b3d.jpg)
"Belə şeylərə nə ehtiyac var?" - Xalq artisti Arif Babayevdən AÇIQLAMA
24 iyul 2024 , 14:34![Fəxri adı ləkələyən XƏTA - Ağadadaş Ağayevi nə gözləyir?](https://lent.az/storage/news/2024/july/24/big/66a0b592560f666a0b592560f7172180827466a0b592560ef66a0b592560f3.jpg)
Fəxri adı ləkələyən XƏTA - Ağadadaş Ağayevi nə gözləyir?
24 iyul 2024 , 13:03![“Doqquzlamaq” nə deməkdir? - Belə yaranıb](https://lent.az/storage/news/2024/july/22/big/669e438f4bf1a669e438f4bf1b1721648015669e438f4bf14669e438f4bf17.png)
“Doqquzlamaq” nə deməkdir? - Belə yaranıb
23 iyul 2024 , 19:36![Son illərin ən yaxşı 20 qorxulu filmi](https://lent.az/storage/news/2024/july/22/big/669e646613b29669e646613b2b1721656422669e646613b21669e646613b25.jpg)