Hacıqabulda qəza: sürücünün həyat yoldaşı  öldü
02 avqust 2026 16:38 (UTC +04:00)

Hacıqabulda qəza: sürücünün həyat yoldaşı öldü

0

Hacıqabulda baş verən qəzada bir nəfər ölüb

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının 108-ci kilometrliyində Hacıqabul rayonunun Pirsaat kəndi ərazsində qeydə alınıb.

"KamAZ" markalı yük maşını ilə BYD markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü yüngül xəsarət alsa da, avtomobildə olan sərnişin - sürücünün həyat yoldaşı, Beyləqan rayon sakini 49 yaşlı İbadova Svetlana Ocaqverdi qızı həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 448

Oxşar yazılar