Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub - FOTOLENT
03 avqust 2026 10:20 (UTC +04:00)

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub - FOTOLENT

0

Xalq yazıçısı Elçinin Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub.

Lent.az xəbər verir ki, abidənin müəllifi Xalq rəssamı Natiq Əliyevdir.

Mərasimdə mədəniyyət nazirinin müavinləri, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, mədəniyyət xadimləri, Elçinin ailə üzvləri iştirak ediblər.

Xalq yazıçısı Anar deyib ki, Elçinin əsərləri ədəbiyyat yaşadıqca yaşamağa davam edəcək: “Elçin çox böyük yazıçı, çox yaxşı dost və çox böyük şəxsiyyət idi. Mən əziz dostumun ruhuna ehtiramımı bildirir, Allahdan ona rəhmət diləyirəm”.

Mədəniyyət nazirinin müavini Murad Hüseynov deyib ki, Xalq yazıçısı Elçinin xatirəsi hər zaman yaşayacaq.

Deputat Polad Bülbüloğlu qeyd edib ki, Elçin çox gözəl yazıçı, vətənpərvər insan gözəl dost, ailə başçısı idi: “Dost olaraq, azərbaycanlı olaraq onunla hər bir mövzuda danışmaq olardı. Ruhu şad olsun”.

Xalq yazıçısının qızı deputat Günay Əfəndiyeva deyib ki, Prezidentin tapşırıqlarına əsasən Bakının geniş bir küçəsinə xalq yazıçısı Elçninin adı verilib: “Atamın şəxsiyyətinə, yaradıcılığına göstərilən dəyərə görə ailəmiz adından cənab Prezidentə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Mədəniyyət Nazirliyinə, Bakı şəhər İcra Hakimiyyətinə təşəkkür edirəm”.

Qeyd edək ki, Xalq yazıçısı Elçin 2025-ci il avqustun 3-də vəfat edib.

Xatırladaq ki, Elçin Əfəndiyev 1943-cü il mayın 13-də Bakı şəhərində anadan olub. O, yaradıcılığa ötən əsrin 60-cı illərində başlayıb və Azərbaycan ədəbiyyatında xüsusi yer tutan “60-cılar” ədəbi nəslinin ən aparıcı nümayəndələrindən biri olub. Yazıçı milli ədəbiyyata yeni ab-hava, yeni dəyərlər və bədii ifadə vasitələri gətirib, ədəbi mühitin inkişafında müstəsna rol oynayıb. Elçin Əfəndiyev Azərbaycan ədəbiyyatında və mədəniyyətində müstəsna xidmətlərinə görə “İstiqlal” ordeni və digər yüksək dövlət mükafatları ilə təltif olunub. (APA)

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub - FOTO

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 200

Oxşar yazılar