Azərbaycan Luvr Muzeyi ilə yeni layihələrə başlayacaq
04 may 2011 12:48 (UTC +04:00)

Azərbaycan Luvr Muzeyi ilə yeni layihələrə başlayacaq

Lent.az-ın məlumatına görə, görüşdə Fransanın Azərbaycandakı səfiri Qabriel Kaller də iştirak edib. Əbülfəs Qarayev Anri Luaretin Bakıya son səfərindən sonra Luvr muzeyi ilə sıx əməkdaşlığın formalaşdığını deyib. Nazir bildirib ki, son illər Azərbaycanla Fransa arasında ikitərəfli əməkdaşlıq da genişlənib, ölkələr müxtəlif sahələrdə əməkdaşlıq edib: “İki ölkə arasında mədəni əlaqələr də yüksək səviyyədədir. Bu əlaqələr sırasında Mədəniyyət və Turizm Nazirliyi ilə Luvr arasında əməkdaşlıq xüsusi yer tutur. Bu əməkdaşlığa, Azərbaycan mədəniyyətinin təbliğatında dəstək verdiyinə görə cənab Anriyə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, yaxın vaxtlarda yeni layihələrə başlayacağıq”.


Anri Luaret isə 4 ildən sonra yenidən Azərbaycana səfər etməkdən məmnunluğunu ifadə edib. 2007-ci ildə Bakıya ilk səfərini xatırlayan muzey direktoru bu müddət ərzində ölkədə xeyli inkişafın olduğunu deyib. A.Luaret tikintisi başa çatmaqda olan Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binası ilə tanış olduğunu da söyləyib: “Muzeyin yeni binasının tikintisi ilə tanış oldum. Oranın direktoruna da dedim ki, açılışdan sonra birgə işlər həyata keçirək, xalça muzeyi ilə əməkdaşlığa başlayaq. Bundan başqa Luvr muzeyinin ekspozisiyanın Azərbaycanda sərgilənməsini düşünürük”.
Anri Luaret Azərbaycan mədəniyyətindən zövq aldığını da dilə gətirib.

Görüş jurnalistlərin iştirakı olmadan davam etdirilib.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 776

Oxşar yazılar