Beynəlxalq Atçılıq Federasiyasının prezidenti İçəri Şəhərdə gəzdi - FOTO
Bakıda səfərdə olan Beynəlxalq Atçılıq Federasiyasının prezidenti Ülyahəzrət Haya Bint Əl Hüseyn İçəri Şəhərlə tanış olub.
Nazirlər Kabineti Yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Lent.az-a verilən məlumata görə, Ülyahəzrət Haya Bint Əl Hüseynin İçəri Şəhərdə gəzintisi YUNESKO-nun “Dünya İrsi Siyahısı”na daxil edilmiş, ölkəmizin ən möhtəşəm abidələrindən olan, bir neçə min illik tarixə malik Qız Qalası ilə tanışlıqla başlayıb.
Beynəlxalq Atçılıq Federasiyasının prezidentinin gəzintisi Qoşa Qala meydanı ilə tanışlıqla davam etdirilib, meydan və burada yerləşən qədim binaların inşa tarixi barədə məlumat verilib. Gəzinti zamanı o, milli mətbəximizin nümunəsi olan təndir çörəyinə qonaq edilib.
Ülyahəzrət Haya Bint Əl Hüseyn Azərbaycan xalqının mədəni irsinin incisi, dünya əhəmiyyətli tarixi abidə olan “Şirvanşahlar Sarayı Kompleksi”ndə də olub. O, Məhəmməd Məscidinə gəlmiş və burada ötən il yekunlaşmış muzey-konservasiya işləri ilə tanış olub. Beynəlxalq Atçılıq Federasiyasının prezidenti “Kiçik Karvansara” abidəsində yerləşən Azərbaycan təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi – “İncəsənət Bağı”ında da olub və İçəri Şəhərin Fəxri Qonaqlar Kitabında öz ürək sözlərini yazıb.

Oxşar yazılar

Bu Mərkəz Qarabağda muğamın şöhrətini bərpa edəcək-FOTO
11 may 2025 , 11:43
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olundu
10 may 2025 , 14:06
Xərçəng diaqnozu dünyaca məşhur rok qrupunun planlarını dəyişdi: tur təxirə salındı
9 may 2025 , 13:19
Selin Dion "Eurovision" səhnəsində çıxış edə bilər
8 may 2025 , 19:33
Prezidentdən Ramiz Rövşənlə bağlı SƏRƏNCAM
8 may 2025 , 16:30
Əhvalınızı yaxşılaşdıracaq 6 film - VİDEO
8 may 2025 , 16:04
Qızımın musiqidə də, həyatda da bəxti yoxdur - Xalq artisti Şəfiqə Eyvazova
8 may 2025 , 15:37