“Ocaq tarixi fotolarda” sərgisinin açılışı olub - FOTO
22 aprel 2011 17:38 (UTC +04:00)

“Ocaq tarixi fotolarda” sərgisinin açılışı olub - FOTO

Bu barədə Lent.az-a Asif Atanın Mütləqə İnam Ocağının təmsilçisi İşıqlı Atalı məlumat verib.

Sərgidə ocaqçılar, habelə Azərbaycanın tanınmış aydınları, elm, sənət xadimləri, jurnalistlər iştirak ediblər. Sərgini giriş sözüylə açan qalereyanın direktoru Eldəniz İbrahimov Asif Ataya həsr olunmuş sərgini ictimai önəmli hadisə adlandırıb, onunla bağlı xatirələrini dilə gətirib.

Mütləqə İnam Ocağının ruhani başçısı Safruh deyib ki, Atanın irsinə yiyələnməklə Azərbaycanda yeni fəlsəfə, ədəbiyyat yaranacaq. İşıqlı Atalı isə sərgilənən şəkillər haqqında danışıb: “Bunlar sadəcə, şəkil deyil, bir xalqın möhtəşəm İnam yaradıcılığının tarixidir”. Filologiya elmləri doktoru, professor Nizami Tağısoy Ocağın son dönəmdə geniş yayıldığını söyləyib. Ədəbiyyat və İncəsənət Arxivinin direktoru, ədəbiyyatşünas Maarif Teymur, yazıçı-publisist Əlisahib Əroğul və xanəndə Şahin Babayev Ocağa sayğılarını ifadə edib.

Şairlər Qəşəm İlqar Ruhdaş, Seyraqib Coculu Ata ilə bağlı xatirələrini danışıb, Ocaq ruhlu şeirlərini oxuyublar. Rəssam Vaqif Ucatay, yazıçı-publisist Zaməddin Ziyadoğlu sərgidən aldığı təəssüratı bölüşüb.

Qeyd edək ki, şair, tarixçi-alim Şahin Fazil, şair Abbas Abdulla, yazıçı-dramaturq Əmir Pəhləvan, tarixçi-alim Xəliyəddin Xəlilli, tanınmış yazıçı Rafiq Tağı, Fazil Kərimli, Ağşın Ağkəmərli, Teymur bəy, Ayaz İmranoğlu, Əli Şamil, rəssam Elnur Rəsulov və başqaları sərgidə iştirak edib, duyğularını bölüşüblər. Sərgiyə qatılan keçmiş Ocaqçı amaldaşlar Ataya, Safruha, İnam Evinə sevgi və sayğılarını ifadə ediblər.

Onlarla iştirakçı Mütləqə İnam Ocağının 33 illik dönəmini əks etdirən və ilk dəfə üzə çıxarılan 70 ədəd nadir, tarixi fotoşəkillərə tamaşa edib. Sərgidə Ocaqçıların bir qismi öz geyimlərində iştirak ediblər.

Sərgi ayın 24-dək davam edəcək.
# 602

Oxşar yazılar