“Mədəni İrsimiz-Tarixi Dəyərimiz” foto-müsabiqəsi başlayır
21 aprel 2011 16:49 (UTC +04:00)

“Mədəni İrsimiz-Tarixi Dəyərimiz” foto-müsabiqəsi başlayır

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycanın mədəni irsinin, dəyərlərinin dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ olunması, gənclərdə Vətənə məhəbbət hisslərinin aşılanmasıdır. Bununla yanaşı, Avropa Şurasının təşəbbüsü ilə dünyanın əksər ölkələrində keçirilən “Beynəlxalq Mədəni İrs Fotoqrafiya Təcrübəsi” layihəsinin Azərbaycanda da baş tutması əsas amillərdən biridir.


Bu müsabiqə eyni zamanda Azərbaycanda “Turizm ili”nin elan olunması ilə əlaqədar olan tədbirlər çərçivəsində gerçəkləşdirilir. Müsabiqəyə qatılmaq üçün gənclər tərəfindən Azərbaycanın zəngin mədəni irsini, mənəvi-əxlaqi dəyərlərini, tarixi məkanlarını özündə əks etdirən fotoşəkillər qəbul olunur. Yarışmanın nəticəsi olaraq 4 nəfər qalib pul ilə mükafatlandırılacaq .


Eyni zamanda qaliblər Gənclər və İdman Nazirliyi və Avropa Şurası tərəfindən təsis edilən fəxri diplomlarla da təltif olunacaqlar. Qalib gəlmiş fotoşəkillər “Beynəlxalq Mədəni İrs Fotoqrafiya Təcrübəsi” layihəsinin ümumi kataloqunda nəşr etdiriləcək.

Fotoşəkillər mayın 3-ə qədər Gənclər və İdman Nazirliyində qəbul olunur.

Xəyalə
# 609

Oxşar yazılar