“İncəsənətdə partlayış” olacaq
14 aprel 2011 17:47 (UTC +04:00)

“İncəsənətdə partlayış” olacaq

Seminar “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası, Azərbaycan Kurturoloqlar Cəmiyyəti və Vətəndaş Cəmiyyətinin Beynəlxalq Mədəniyyət Forumunun birgə təşkilatçılığı ilə baş tutacaq. “Simurq” Mədəniyyət Assosiasiyasının vitse-prezidenti Fuad Məmmədovun Lent.az-a verdiyi məlumata görə, tədbirin aprelin 23-də “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində keçirilməsi planlaşdırılır.

“İncəsənətdə partlayış” mövzusunda respublika kultoroloji seminarında professor Fuad Məmmədov çıxış edəcək. Daha sonra professor, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun baş elmi işçisi Cəmilə Həsənzadə “Şərqdə və Qərbdə eşq çılğınlığı nümunələri”, dosent, şərqşünas Bilqeyiz Quliyeva “Fars ədəbiyyatında çılğınlıq mövzusu”, Bakı Slavyan Universitetinin “Dünya ədəbiyyatı” kafedrasının müdiri, professor Naidə Məmmədxanova “Mopassan: ağılnan çılğınlıq arasında”,
Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin böyük redaktoru Rəhman Babaxanlı “Eşqin fəzası”, musiqişünas, kulturoloq Yelena Boqayevskaya “Vəsvəsələr - Hektor Berliozun ideyaları” mövzularında çıxışları nəzərdə tutulur. Seminar çərçivəsində “İncəsənətdə çılğınlıq - dahilik fenomeni, yoxsa paradoks” mövzusunda dəyirmi masa da təşkil olunacaq.

Xəyalə
# 728

Oxşar yazılar