Kino layihələrinin qəbulu aprelin 30-da başa çatır
14 aprel 2011 14:52 (UTC +04:00)

Kino layihələrinin qəbulu aprelin 30-da başa çatır

Nazirlikdən Lent.az-a verilən məlumata görə, müsabiqəyə işləri film istehsalı ilə məşğul olan dövlət və müstəqil studiyalar, şirkətlər təqdim edə bilər. Şərtlərə görə, layihənin smeta dəyəri 30 min manatdan yuxarı olmamalı, eyni zamanda rejissorun da yaşı 35-i keçməməlidir. Layihələrin qəbulu aprelin 30-da başa çatacaq. Qalib layihələrin adları isə mayın ilk ongünlüyündə açıqlanacaq. Beş ən yaxşı layihə münsiflər heyətinin rəyi əsasında müəyyən ediləcək.


Məlumatda bildirilib ki, müsabiqə “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək, milli mənəvi dəyərlər mövzusunu kino vasitəsilə əks etdirmək, kinematoqrafiya sahəsində çalışan gənc mütəxəssislərə özlərini sınamaq üçün imkan yaratmaq və audiovizual məhsul istehsalı ilə məşğul olan şirkətlərə dəstək vermək məqsədilə keçirilir.


Daha ətraflı məlumat almaq üçün Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsi ilə əlaqə saxlamaq olar.

Xəyalə
# 545

Oxşar yazılar