Londonda yaşayan azərbaycanlı rəssamın Bakıda fərdi sərgisi olacaq
14 aprel 2011 13:26 (UTC +04:00)

Londonda yaşayan azərbaycanlı rəssamın Bakıda fərdi sərgisi olacaq

Sərgidə rəssamın etnik mövzularda qrafik üslublu rəsmləri, eləcə də, mürəkkəb, akril, akvarellə işlənmiş əl işləri nümayiş olunacaq. Lent.az xəbər verir ki, Kəbirə Əliyeva 3 yaşından şəkli çəkməyə başlayıb, 6 yaşında ilk dəfə fərdi sərgisini nümayiş etdirməklə Azərbaycanın “ən gənc rəssamı” adını qazanıb. Ailəsi ilə birlikdə Türkiyəyə, oradan da İngiltərəyə köçən rəssam yaradıcılığını orada da davam etdirib. Londonda “Central St Martin’s” kollecinin rəssamlıq və dizaynerlik fakültəsini bitirən rəssam öz stilini yarada bilib.


Rəssam hazırda Londonda yaşayır. Onun əl işləri Azərbaycanda, Türkiyədə, İsveçrədə, Britaniyada sərgiyə qoyulub.

Sərgi aprelin 24-dək davam edəcək.

Lalə Yusifqızı
# 623

Oxşar yazılar